NAT's üçün loqo yaradılması

portfolio-img

Təsvir

NAT's hamam və mətbəx üçün kranlar, qarışdırıcılar və müxtəlif aksesuarlar istehsal edən şirkətdir. Brend müasir interyerləri və gündəlik istifadəni tamamlayan praktik və funksional məhsullar təqdim edir.

Biz NAT's üçün loqo dizaynını müştərinin tələbləri və istəkləri əsasında hazırladıq. Vizual həll brend üçün təmiz, tanınan və universal bir kimlik formalaşdırmaq məqsədilə yaradıldı və məhsul qablaşdırmalarında, marketinq materiallarında və digər brend kommunikasiya vasitələrində istifadəyə uyğunlaşdırıldı.