Aquachem üçün korporativ vebsayt

portfolio-img

Təsvir

Aquachem neft-qaz, qida, sənaye və geotermal sahələr üçün müasir kimyəvi texnologiyalar və ixtisaslaşmış məhsullar təqdim edən Azərbaycan şirkətidir. Şirkət Kersia Group–Antigerm, Green-Chemicals və Envira olmaqla üç beynəlxalq şirkətin Azərbaycanda rəsmi nümayəndəsidir və sənaye gigiyenası, suyun təmizlənməsi, dezinfeksiya və zərərvericilərə qarşı mübarizə sahələrində peşəkar həllər təqdim edir.

Biz Aquachem üçün veb-saytların yaradılması və idarə edilməsi üzrə öz SaaS həllimiz olan neoStart platforması əsasında peşəkar korporativ veb-sayt hazırladıq və istifadəyə verdik. Sayt şirkətin təcrübəsini, beynəlxalq tərəfdaşlarını, məhsullarını və həllərini aydın və strukturlaşdırılmış şəkildə təqdim edir, potensial müştərilərə şirkətin xidmətləri və fəaliyyət istiqamətləri haqqında məlumatlara rahat çıxış imkanı yaradır.

Layihənin vebsaytına bax