Azfilter üçün e-commerce saytın yaradılması

portfolio-img

Təsvir

AZFILTER GROUP 15 ildən artıq təcrübəyə malik olmaqla, Azərbaycanın su təmizləmə sahəsində aparıcı şirkətlərindən biridir. Şirkət yaşayış, kommersiya və sənaye obyektləri üçün suyun təmizlənməsi və emalı üzrə həllər təqdim edir və dünyanın aparıcı istehsalçılarının rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir.

Biz müştərinin tələbləri və onunla sıx əməkdaşlıq çərçivəsində hazırlanmış fərdi texniki tapşırıq əsasında tam funksional e-commerce platformasına malik korporativ veb-saytı sıfırdan hazırladıq. Layihə şirkətin spesifik biznes tələblərinə uyğunlaşdırılaraq korporativ təqdimatı, məhsul kataloqunun idarə edilməsini və onlayn satış funksionallığını vahid rəqəmsal platformada birləşdirir.

Layihənin vebsaytına bax