OKI klinikası üçün vebsaytın yaradılması

portfolio-img

Təsvir

OKI Hospital 1997-ci ildən fəaliyyət göstərən və 27 ildən artıqdır ki, Azərbaycanın səhiyyə xidmətləri bazarında lider mövqeyini qoruyan ilk özəl tibb müəssisələrindən biridir. Klinika əhaliyə profilaktik, müalicə-diaqnostik, konsultativ və reabilitasiya xidmətləri göstərir və hazırda 40-dan çox tibbi istiqamət üzrə xidmət təqdim edir.

Biz OKI Hospital üçün klinikanın tibbi xidmətlərini, mütəxəssislərini və əsas fəaliyyət istiqamətlərini aydın və rahat şəkildə təqdim etməyə yönəlmiş müasir korporativ veb-sayt hazırladıq. Layihəyə klinikanın komandasına tibbi istiqamətləri, həkimlər haqqında məlumatları, xidmətləri və saytın digər məzmununu rahat şəkildə idarə etməyə imkan verən xüsusi məzmun idarəetmə sistemi və administrasiya paneli daxildir.

Layihənin vebsaytına bax