Ulus oteli üçün vebsayt yaradılması

portfolio-img

Təsvir

Ulus Hotel & Restaurant Xankəndi şəhər mərkəzinə piyada məsafəsində yerləşən,  üçmərtəbəli oteldir. Oteldə həm biznes, həm də istirahət məqsədilə səyahət edən qonaqlar üçün nəzərdə tutulmuş 28 komfortlu otaq, həmçinin milli və beynəlxalq səhər yeməyi seçimləri və Azərbaycan mətbəxinin təqdim olunduğu restoran fəaliyyət göstərir.

Biz müştərinin tələbləri və texniki tapşırığı əsasında korporativ veb-saytı sıfırdan hazırladıq. Layihəyə fərdi hazırlanmış məzmun idarəetmə sistemi və administrasiya paneli, həmçinin xüsusi otaq rezervasiya sistemi daxildir. Bu həll otel əməkdaşlarına veb-sayt məzmununu, otaq məlumatlarını, mövcudluğu və rezervasiya sorğularını vahid platforma üzərindən effektiv şəkildə idarə etməyə imkan verir.

Layihənin vebsaytına bax