Niyə bukletlər rəqəmsal dövrdə hələ də vacibdir?
Bu gün brendlər əsas diqqəti veb-saytlara, sosial şəbəkələrə və onlayn reklama yönəldir. Amma bu, çap materiallarının əhəmiyyətini itirdiyi demək deyil. Yaxşı hazırlanmış buklet şirkəti, məhsulları və xidmətləri aydın və rahat şəkildə təqdim edə bilər.
Rəqəmsal səs-küy olmadan diqqət
Onlayn məzmundan fərqli olaraq, bulket bildirişlər, sonsuz skroll və digər diqqət dağıdan elementlərlə rəqabət aparmır. İstifadəçi məlumatı öz tempində oxuya və dərk edə bilər.
Digital ilə əlaqə
Müasir buklet veb-saytın əvəzi deyil, onun tamamlayıcısıdır. O, istifadəçini landing səhifəyə, məhsul kataloquna, sosial şəbəkəyə və ya müraciət formasına yönləndirə bilər. Beləliklə, çap formatı ümumi marketinq strategiyasının bir hissəsinə çevrilir.
Biznes üçün praktik fayda
Bukletlər tədbirlərdə, görüşlərdə, ofislərdə, mağazalarda və birbaşa göndərişlərdə rahat istifadə olunur. Onlar brendi daha görünən, yadda qalan və etibarlı etməyə kömək edir.
A2Studio olaraq biz sadəcə gözəl görünən deyil, biznesin auditoriya ilə effektiv ünsiyyətinə kömək edən bürşürlər hazırlayırıq.